AZ

Naxçıvanda uşaq bağçalarında vakant müdir vəzifəsinə işə qəbul imtahanı aparılacaq

Naxçıvan, 19 fevral, AZƏRTAC

Fevralın 22-də Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində vakant müdir vəzifəsinə ölkə üzrə mərkəzləşmiş qaydalara uyğun olaraq işə qəbul üçün test imtahanı mərhələsi təşkil ediləcək.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, test mərhələsində ötən il noyabrın 27-dən dekabrın 4-dək ölkə üzrə elan olunan sənəd qəbulunda iştirak edən, məktəbəqədər təhsil müəssisələrində tərbiyyəçi müəllim vəzifəsində çalışan 16 namizəd dəvət olunub.

Qeyd edək ki, Naxçıvan Şəhər Uşaq-Gənclər Şahmat Məktəbində saat 10:00-da təşkil olunacaq test imtahanı mərhələsində göstərilən hər bir istiqamət üzrə minimum 5 bal olmaqla ümumi 30 bal və daha yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Seçilən
36
5
azertag.az

7Mənbələr