Azərbaycanın aparıcı turizm şirkətlərindən biri olan “Yes Travel” MMC “Fun Sun” turizm agentliyi tərəfindən satış üzrə lider mükafatına layiq görülüb.
Pravda.az-ın xəbərinə görə, bu yüksək mükafat turizm şirkətinin göstərdiyi fəaliyyətin və yüksək xidmət keyfiyyətinin göstəricisidir.
“Yes Travel” uzun illərdir, turizm sahəsində müştərilərinə peşəkar xidmət göstərərək mövqeyini möhkəmləndirib. “Fun Sun” ilə olan uzunmüddətli əməkdaşlıq, şirkətə turizm bazarında lider mövqeyə yüksəlməkdə kömək edib. Satış üzrə lider mükafatı “Yes Travel”ın müştəri məmnuniyyətinə verdiyi önəmi və yüksək xidmət standartlarını bir daha nümayiş etdirir.
Şirkətinin direktoru Sərxan Abdullayev bildirib ki, müştərilərin tələblərinə uyğun fərdi xidmətlər təqdim edərək onların etibarını qazanmaq prioritetdir: “Bu mükafat bizim fəaliyyətimizin düzgün istiqamətdə olduğunu bir daha sübut edir”.
Mərasimdə qeyd edilib ki, bu mükafat həmçinin “Yes Travel” şirkətinin gələcək planları üçün yeni imkanlar açacaq və daha çox müştəriyə xidmət göstərmək üçün motivasiya yaradacaq.
“Yes Travel” şirkəti turizm sahəsindəki liderliyini davam etdirmək və müştərilərinə ən yaxşı xidmətləri təqdim etmək məqsədini güdür, gələcəkdə də bu cür uğurlara imza atmağa davam edəcək.