AZ

TBMM üzvü: PKK, YPG, İŞİD kimi terror təşkilatlarının Suriyada yeri ola bilməz

PKK, YPG, İŞİD kimi terror təşkilatlarının Suriyada yeri ola bilməz.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Abdulkadir Emin Önen Asiya Parlament Assambleyasının (APA) Azərbaycanın sədrliyi ilə Bakıda keçirilən 15-ci plenar sessiyasında danışıb.

O vurğulayıb ki, müsbət irəliləyişlərə baxmayaraq, Asiya həm də qlobal böhranlar səhnəsidir:

“Suriyada uzun illər vətəndaş müharibəsi gedib. Bu kontekstdə Türkiyə həmişə bu ölkəyə böyük dəstək göstərib. Suriyanın yenidən inşası üçün onun terrorçulardan təmizlənməsi önəmlidir. APA ölkələri də Suriyada sülh və sabitliyi dəstəkləyirlər”.

Seçilən
34
report.az

1Mənbələr