1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Hazırda karyerasını İtaliyanın "Roma" klubunda davam etdirən Paulo Dibalanı Səudiyyə Ərəbistanı liqasında çıxış edən "Əl-Kadisiya" heyətinə qatmaq istəyir.
Oxu.Az "Todofichajes"ə istinadən xəbər verir ki, klub artıq argentinalı forvard üçün 75 milyon avroluq təklif göndərilib.
Səudiyyə Ərəbistanı təmsilçisi Dibalaya 3 illik müqavilə təklif edib. Argentinalının da bu təklifi qəbul edib, Yaxın Şərqə getmək istədiyi bildirilir.
Qeyd edək ki, 31 yaşlı forvard A Seriyasının cari mövsümündə 21 oyun keçirib, altı qol vurub və iki məhsuldar ötürmə edib. Dibalanın paytaxt klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədərdir və onun bazar dəyəri səkkiz milyon avrodur.