Bakı. Trend:
Misirin Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin Şərqdilləri bölməsində Azərbaycan dilinin tədrisi bu il də davametdirilir.
Trend xəbərverir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.
Bildirilib ki, Azərbaycan dilini tələbələrə “Vətənpərvər" -Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin vəMisir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim SeymurNəsirov tədris edir.
Dərslərdə gənclərə ölkəmizin zəngin mədəniyyəti, xalqımızınadət-ənənələri, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrininkişafı və Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumatverilir.
Universitetin 4-cü kursunda tədris olunan Azərbaycan dilidərslərində 100-dən çox tələbə iştirak edir. Dilimizi öyrənməyəböyük maraq göstərən gənclər onu daha yaxşı mənimsəmək üçündərsdənkənar əlavə kursların təşkili ilə də bağlı müraciət ediblər.Azərbaycanlı alim bunun üçün bütün imkanların olduğunu bildirərək,yaxın günlərdə Qahirədəki diaspor mərkəzində Azərbaycan diliniöyrənmək istəyən yeni tələbələr üçün əlavə kursların təşkilediləcəyini söyləyib.
Misirin müxtəlif universitetlərində təhsil alan tələbələrMisir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdində təşkil olunanAzərbaycan dili kurslarında iştirak edirlər. Burada dünyanın 59ölkəsindən 650-dən çox tələbə Azərbaycan dili də daxil olmaqla,müxtəlif fənlər üzrə ödənişsiz təhsil alır. Onların arasındaməqalələrin Azərbaycan dilindən ərəb dilinə tərcümə etmək bacarığıolanlar da var.
Seymur Nəsirovun tədris etdiyi Azərbaycan dili dərsində əcnəbitələbələrin dilindən Xalq şairi Səməd Vurğunun məşhur “Azərbaycan”şeirindən bir parçanı aşağıdakı linkə daxil olaraq dinləyəbilərsiniz:
https://www.facebook.com/Dr.SeymurNasirov/videos/581100908247699
Qeyd edilib ki, diaspor təşkilatlarının və fəallarının gördüyübu kimi işlər milli-mənəvi dəyərlərimizin, tarixi-mədəni irsimizintanıdılması baxımından olduqca faydalıdır.