“Tasnim News” yazıb ki, erməni ekspertlər iki ölkə arasında aparılan danışıqlarda Azərbaycana maneəsiz yol verilməsinin mümkünlüyündən narahat olduqlarını bildiriblər. Ermənistan rəsmiləri Azərbaycana maneəsiz marşrut verməyə hazır olduqlarını açıqlasalar da, ekspertlər hesab edirlər ki, bu addım Azərbayacana dəhlizin (Zəngəzur) təqdim edilməsi olacaq.
Erməni politoloq Hakop Badalyan bununla bağlı deyib: “Əgər biz Naxçıvandan Azərbaycanın qərb bölgələrinə heç bir nəzarət olmadan keçməsinə icazə veririksə və ümumiyyətlə, Naxçıvanla Azərbaycan arasında maneəsiz marşrut yaradırıqsa, deməli, biz onlara dəhliz vermiş oluruq”.
Sayt bildirib ki, erməni ekspertlər ölkənin baş naziri Nikol Paşinyanın Azərbaycana təqdim etdiyi təkliflərin detallarını gizli saxlamasını tənqid edirlər.
visiontv.az