AZ

Cinayət kimi qəza: xanım sürücü iki qadını belə vurdu- ANBAAN VİDEO

Türkiyənin Bursa şəhərində qadın həkim avtomobilini saxlamaq istəyərkən əyləc əvəzinə qaza basıb. AzPost İHA-ya istinadla xəbər verir ki, nəticədə xanım sürücü  idarəetməni itirərək yolda gedən 2 nəfəri vurub.

Avtomobilin gəldiyini görən iki qadın yoldan kənara qaçıb. Lakin sürücü maşını düz onların üstünə sürüb və ikisini də vurub.

Ətrafdakı insanlar yaralı qadınların köməyinə gəlib. Hadisə yerinə gələn təcili yardım tərəfindən yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.

Onların vəziyyəti orta-ağır olaraq qiymətləndirilib. Həkimlərin müdaxiləsindən sonra həyatlarını üçün olan təhlükə aradan qalxıb.

Hadisə ilə bağlı polis araşdırma başlayıb. Xanım sürücü ifadəsində bildirib ki, qadınların yolun ortası ilə gəldiyini görəndə sükan arxasında həyacanlanıb. Onları vurmamaq üçün sola manevr edib. Bu zaman əyləc yerinə qazı basıb. Həmin anda qadınların da eyni istiqamətə qaçması bədbəxt hadisənin baş verməsi ilə nəticələnib. Sürücü məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Videonu təqdim edirik:

Seçilən
67
azpost.info

1Mənbələr