Roma Papası Fransisk ikitərəfli pnevmoniyaya yoluxub.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bununla bağlı Müqəddəs Taxt-Tacın mətbuat xidməti bəyanat yayıb.
“Bu gün günortadan sonra edilən döş qəfəsinin kompüter tomoqrafiyası ikitərəfli pnevmoniyanın başlanğıcını göstərib ki, bu da əlavə dərman müalicəsini tələb edir” – deyə bəyanatda qeyd olunub.
Bəyanatda 88 yaşlı pontifikin ümumi vəziyyətinin sabit olduğu bildirilib, baxmayaraq ki, “ümumi klinik mənzərə mürəkkəb olaraq qalır” ifadəsinə yer verilib.