Rusiya və ABŞ prezidentlərinin görüşü fevralın sonunda baş tuta bilər.
Bu haqda Kremlə yaxın teleqram kanalları məlumat yayıb. Bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp yaxın 10 gün ərzində görüşə bilərlər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, danışıqlar fevralın sonundan əvvəl və ya daha gec baş tuta bilər.
“Cebheinfo.az” bu barədə “RİA Novosti”-yə istinadən xəbər verir.
“Qərb mediası çox yazır, bizim media çox yazır... Ola bilər, bəlkə də yox”, - deyə Peskov Putin və Trampın danışıqlarının fevralın sonuna qədər baş tuta biləcəyi ilə bağlı sualı cavablandırıb.