AZ

Tramp nümayəndəsini Zelenskinin yanına göndərdi

Bu gün ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevə səfər edib. 

“Cebheinfo.az”-ın məlumatına görə, dəmir yolu stansiyasında Kelloqu ABŞ-nin Ukraynadakı səfiri Bricet Brink qarşılayıb. 

ABŞ rəsmisinin səfərinin dəqiq qrafiki hələlik məlum deyil. O, jurnalistlərlə keçirdiyi brifinq zamanı bildirib ki, Vaşinqton təhlükəsizlik təminatının zəruriliyini başa düşür. “Mənim missiyamın bir hissəsi dinləməkdir. Sonra mən ABŞ-yə qayıdacağam və Prezident Trampla danışacağam”, - Kelloq belə deyib. 

Seçilən
1
cebheinfo.az

1Mənbələr