Kriştiano Ronaldonun dəbdəbəli şəxsi təyyarəsi texniki nasazlıq səbəbindən Mançester hava limanında qapalı qalıb.
“Cebheinfo.az” xəbər verir ki, Ronaldonun 61 milyon funt sterlinqlik təyyarəsi cümə günü hava limanına gəlib və çərşənbə axşamı günortadan sonraya qədər hələ də orda qalıb.
CR7 oyunçu loqosu və onun simvolik qol qeydinin silueti ilə bəzədilmiş Bombardier Global Express 6500 təyyarəsi keçən həftə şəhərə eniş edib.
Ronaldonun təyyarədə olub-olmaması hələ ki, bəlli deyil.
"Sun"-un məlumatına görə, təyyarənin təmir zamanı hava limanında qalacağı gözlənilir. Bildirilir ki, mühəndislər təyyarənin şüşələrindən birində çat aşkar ediblər və indi əvəzləyicinin gətirilməsini gözləyirlər.