Rusiya prezidenti Vladimir Putin hökumətə Kursk sərhəd bölgəsinə dəstək tədbirləri həyata keçirməyi tapşırıb. O, Nazirlər Kabinetinin üzvləri ilə görüşündə müvafiq planın hazırlanmasının zəruriliyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə Kremlin saytında məlumat yayılıb.
"Hökumət Kursk vilayətinin infrastrukturunun, o cümlədən sosial obyektlərin, magistral yolların, sənayenin və kənd təsərrüfatının bərpası üçün qabaqcadan kompleks tədbirlər planlaşdırmalıdır", - deyə prezident bildirib.
Putin vurğulayıb ki, yerli biznesin dəstəklənməsinə xüsusi diqqət yetirilməlidir: “Yaxın vaxtlarda bu proqramın əsas parametrləri hazırlanmalıdır ki, təhlükəsizliyin təmin olunması baxımından lazımi şərait yaradıldıqdan sonra ayrı-ayrı sahələrdə nə etməli olduğumuzu anlayaq”.