İki ay əvvəl rüşvət alma ittihamı ilə həbs edilən Dövlət Sərhəd Xidmətinin (DSX) ehtiyatda olan zabiti, polkovnik-leytenant Ramil İbrahimov ev dustaqlığına buraxılıb.
Viral.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, Bakı Hərbi Məhkəməsi vəkilin qətimkan tədbirinin növünün dəyişdirilməsi barədə əsaslandırılmış vəsatətini təmin edib.
R. İbrahimov barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
Son Yazılar:
- Rüşvətə görə həbs edilən polkovnik-leytenant
- Nazirlik 45 vəzifəli şəxsi cərimələdi
- Növbəti köç karvanı Cəbrayıl şəhərinə ÇATDI
Məhkəmə qərar qəbul edərkən təqsirləndirilən şəxsin səhhətini və digər amilləri nəzərə alıb.
Qeyd edək ki, istintaq materiallarına əsasən, Ramil İbrahimov DSX-nin N saylı hərbi hissəsində qərargah rəisi vəzifəsində çalışarkən təkrar rüşvət almaqda ittiham edilir. O, ötən ilin dekabr ayında Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən saxlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir. Ramil İbrahimovun təqsirli olub-olmadığı məhkəmənin yekun qərarı ilə müəyyən ediləcək.