“Zirə" klubu braziliyalı futbolçusu Filip Pahtmanla yollarını ayırıb.
Publika.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Filip Pahtman 2022-ci ildə Ukraynanın "Lvov" klubundan transfer olunub. O, qəsəbə komandasının üzvü olduğu müddətdə daha çox zədədən əziyyət çəkib və uzun müddət oynamayıb.