AZ

Çexiya və Polşa ukraynalılarla bağlı qərar hazırlayır

Çexiya Polşanın Avropa İttifaqı Şurasına sədrliyi ilə birlikdə Rusiyanın Ukraynaya qarşı müharibəsi başa çatdıqdan sonra ukraynalıların müvəqqəti müdafiəsi ilə bağlı qərar hazırlayır.

XəzərNews.az xəbər verir ki, bu barədəÇexiyanın daxili işlər naziri Vit Rakusan Novinkiyə verdiyi şərhində bildirib.

Rakusanın sözlərinə görə, hərbi əməliyyatlar bitərsə, Çexiya ukraynalılara müvəqqəti status verilməsini avtomatik dayandıracaq, lakin onlar hələ də müəyyən müddətə - məsələn, bir il və ya il yarım ölkədə qala biləcəklər. Bunun üçün onlar digər əcnəbilərlə eyni statusu almalıdırlar.

Rəsmi qeyd edib ki, məqsəd sülh dövründə ölkəyə bir çox başqa qaçqınlar, məsələn, Çexiyada ailələrinə qovuşmaq istəyən kişilər gəlməsin.

"Biz Avropa İttifaqı Şurasına sədrlik edən Polşa ilə birlikdə bunun üçün sənədlər hazırlayırıq. Biz bunu yaxın aylarda başa çatdırmaq istəyirik", - o bildirib.

Lalə
XəzərNews.az


Xəbər 9 dəfə oxunub.
Seçilən
22
xezernews.az

1Mənbələr