AZ

Natalya Koçanova: "Parlamentlər arasındakı əməkdaşlıq vacibdir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Dünyada yeni çağırışların olduğu bir vaxtda parlamentlər arasındakı əməkdaşlıq vacibdir".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova deyib.
O bildirib ki, parlamentarilərin əsas vəzifəsi xalqların problemlərini dilə gətirməkdir:
"Çünki onlar xalqın seçdiyi nümayəndələrdir. Bu baxımdan, deputatlar xalqı narahat edən fikirləri səsləndirməli, sülh və əmin-amanlıq üçün əllərindən gələni etməlidirlər. Mən Milli Məclisin sədri Sahibə Qafarovaya səmərəli əməkdaşlığa görə təşəkkür edirəm. Bu gün biz burada qardaşlarımızla birlikdəyik. Hər şeyi edirik ki, əlaqələrimiz daha da möhkəmlənsin".
Mərahim Nəsib
Seçilən
38
oxu.az

1Mənbələr