“Feyenoord”un baş məşqçi səlahiyyətlərinin icraçısı Paskal Bosxart Çempionlar Liqasının 1/16 finalında “Milan”ı keçmələrini şərh edib.
Arena.az məlumat verir ki, ilk oyunda 1:0 hesablı ev qələbəsi qazanmış “Feyenoord” “San Siro”dakı cavab oyununda 1:1 hesablı heç-heçə sayəsində “Milan”ı Çempionlar Liqasından kənarlaşdırıb.
Bosxart matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Biz çox şadıq. Mən oyunçularımı onların mübarizəsi və əzmkarlığı müqabilndə təriflədim. Biz çox yaxşı oyun keçirdik, “San-Siro”da nəticə əldə etmək üçün mümkün olan hər şeyi etdik – əgər növbəti mərhələyə burada keçirsinizsə, onda, bununla fəxr edə bilərsiniz.
Mən bu qalibiyyəti necə qeyd edəcəyəm? Demişdim ki, mən pivə gillədəcəyəm, amma mən pivə içmirəm. Ola bilsin ki, azacıq çaxır və ya araq vurum”, – “Tuttomercatoweb” dərgisi niderlandlı mütəxəssisdən sitat gətirir.
“Feyenoord” Çempionlar Liqasının 1/8 mərhələsində mübarizəsini davam etdirəcək. Rotterdam təmsilçisi bu mərhələdə “İnter” və ya “Arsenal”la qarşılaşacaq.