AZ

150-dən çox balina sahilə çıxdı

Avstraliyada 60-dan çox balina ölüb.

Publika.az xəbər verir ki, Tasmaniya Təbii Sərvətlər və Ətraf Mühit Departamenti 157 balinanın adanın şimal-qərbində, Artur çayı yaxınlığında sahilə çıxdığını açıqlayıb.

Hazırda təxminən 90 balina diridir. Onların çoxunun yenidən dənizə buraxılıb-buraxılmayacağını müəyyən etmək üçün işlər gedir.

Bölgədəki mütəxəssislər və baytarlar xilasetmə işlərini davam etdirirlər. Bu balinalar dünyanın ən böyük balinaları hesab edilir. Orca balinalarına bənzər xüsusiyyətlərə malik olan bu növün uzunluğu 6 metr, çəkisi isə 1,5 ton ola bilir.

Seçilən
19
publika.az

1Mənbələr