AZ

Pakistanda sərnişinləri daşıyan avtobusa silahlı hücum edildi - 7 nəfər öldürüldü

Pakistanın Bəlucistan əyalətindən Lahor şəhərinə gedən avtobusdan endirilən 7 sərnişin silahlı şəxslər tərəfindən güllələnərək öldürülüb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, təxminən 11 nəfərdən ibarət silahlı qrup magistral yolda sərnişin avtobusunu saxlayıb.
 
Silahlı şəxslər şəxsiyyətlərini yoxladıqdan sonra 7 nəfəri avtobusdan zorla düşürərək güllələyiblər.
 
Hücum edənlər daha sonra hadisə yerindən qaçıb, polis ərazini mühasirəyə alıb.

Hələlik heç bir terror təşkilatı və qrup hücuma görə məsuliyyəti üzərinə götürməyib.
 
Avtobus Pəncab şəhərinə gedirmiş.

Mikayıl
Seçilən
25
azxeber.com

1Mənbələr