AZ

Sİ Cinpin Moskvaya, Putin isə Pekinə səfər edəcək

Rusiya Prezidenti Vladimir Putin avqustun sonu, sentyabrın əvvəlində Çinə səfər etməyi planlaşdırır.

APA-nın Msokva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Dövlət Dumasında “Hökumət saat”ında çıxışında bildirib.

Onun sözlərinə görə, Putin Yaponiya militarizmi üzərində qələbə və İkinci Dünya müharibəsinin bitmə tarixini qeyd etmək üçün Çinə səfər planlaşdırır.

Lavrov Çin lideri Si Cinpinin isə 9 May - Qələbə Günü ilə əlaqədar Moskvaya səfər edəcəyini qeyd edib.


"Si Cinpin Moskvaya növbəti səfərini mayın 9-da Böyük Vətən müharibəsində qələbənin şərəfinə keçirilən təntənəli tədbirlərə uyğunlaşdırıb. Prezident Putin isə avqustun sonu, sentyabrın əvvəlində Yaponiya militarizmi üzərində qələbənin 80-ci ildönümü və İkinci Dünya müharibəsinin başa çatması ilə əlaqədar Çinə səfər edəcək".

Seçilən
13
6
apa.az

6Mənbələr