Türkiyə Super Liqasında İstanbul derbisi ilə bağlı vacib qərar verilib.
Türkiyə Super Liqasında 24-cü tur çərçivəsində qarşılaşacaq "Qalatasaray" - "Fənərbağça" matçını xarici hakim idarə edəcək.
"Operativ Media" xəbər verir ki, bu haqda Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu açıqlama yayıb.
Qeyd edək ki, İstanbul derbisi fevralın 24-də keçiriləcək.