AZ

Brendan Rocers: “Seltik” qəddar zərbənin qurbanı oldu”

“Seltik”in baş məşqçisi Brendan Rocers UEFA Çempionlar Liqasının 1/16 finalında “Bayern”ə acı məğlubiyyəti şərh edib.

Arena.az məlumat verir ki, evdə 1:2 hesabı ilə məğlub olmuş “Seltik” səfərdə 1:0 hesablı üstünlüyünü 90+4-cü dəqiqədə əldən verib.

Rocersin komandası yekunda 1:1 hesablı heç-heçə barışıb və UEFA Çempionlar Liqasının cari mövsümündə mübarizəsinə xitam verib.

Brendan Rocers matçdan sonra keçirilmiş mətbuat konfransında bunları dilə gətirib:

“Mən komandamızın oyunu ilə fəxr edirəm. Bu, bizim həmişə can atdığımız bir səviyyədir. Biz qorxu hissinə qapılmadan oynadıq, bu, mənim üçün böyük qürur hissidir. Ancaq sonda qəddar zərbə bizi məğluba çevirdi. Biz yarışın favoritlərindən birinə qarşı bərabər səviyyədə müqavimət göstərdik”, – UEFA-nın mətbuat xidməti şimaliirland mütəxəssisdən sitat gətirir.

Seçilən
24
arena.az

1Mənbələr