Sea Breeze

Forum Göygöl Rayon İcra Hakimiyyətinin dəstəyi, Göygöl Peşə Məktəbi və Göygöl Gənclər Evinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbir dövlət himni ilə açıq elan olunduqdan sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.

Daha sonra Göygöl Peşə Məktəbinin və Göygöl Gənclər Evinin təqdimat videoçarxları izlənilib.
Tədbirdə iştirak edən spikerlər – Göygöl Rayon İcra Hakimiyyətin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Gəncə-Daşkəsən Regional Məşğulluq filialının Təhlil və Tərəfdaşlarla iş şöbəsinin müdiri Pərviz Əliyev, Göygöl Peşə Məktəbinin direktoru Kəmalə Nəhmədova və Göygöl Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə panel müzakirədə çıxış ediblər.

Çıxış edən Göygöl Rayon İcra Hakimiyyətin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova yoxsulluğun azaldılması istiqamətində yeni iş yerlərinin yaradılması, bu sahədə dövlət siyasəti, məşğulluğun təmin edilməsi, inklüziv və iqtisadi artım, eləcə də kənd təsərrüfatının inkişafı və yeni xarici investorların cəlb edilməsi imkanları barədə ətraflı məruzə ilə çıxış edib.

Daha sonra çıxış edən , Gəncə-Daşkəsən Regional Məşğulluq filialının Təhlil və Tərəfdaşlarla iş şöbəsinin müdiri Pərviz Əliyev Dövlət Məşğulluq Agentliyinin işsiz və işaxtaran şəxslərin məşğulluğu istiqamətində həyata keçirilən islahatlar və fəaliyyət istiqamətləri barədə məlumat verib.

Göygöl Peşə Məktəbinin direktoru Kəmalə Nəhmədova çıxış edərək, trend peşələr, peşə hazırlığında tətbiq olunan yeniliklər, mübadilə proqramları, əməkdaşlıq etdikləri müəssisələr, eləcə də kadr hazırlığında istifadə olunan metodiki vəsaitlər haqqında vacib məlumatları diqqətə çatdırıb.
Daha sonra natiqlər tələbə gənclər tərəfindən ünvanlanan suallara cavab veriblər. Tədbirin rəsmi hissəsi bədii sonluq və xatirə şəklinin çəkilməsi ilə başa çatıb.

İştirakçılar çay fasiləsindən sonra təlimlər üçün qruplara bölünərək təlimlərə qoşulublar.

ETX
ETX
ETX