AZ

Trampdan gözlənilməz qərar: avtomobil idxalına 25 faiz rüsum tətbiq edəcək

ABŞ prezidenti Donald Tramp avtomobil idxalına 25 faizlik rüsum tətbiq etməyi planlaşdırdığını və detalların aprelin 2-də açıqlanacağını açıqlayıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Tramp həmçinin bildirib ki, dərman və çipslərə tariflər ilkin olaraq 25% civarında olacaq və bir il ərzində əhəmiyyətli dərəcədə artacaq.
 
Gömrük vergilərinin şirkətləri ABŞ-a qayıtmağa təşviq edəcəyini iddia edən Tramp, ölkə daxilində fabriklər qurduqları təqdirdə rüsumların sıfır olacağını bildirib.
 
Tramp bəzi böyük şirkətlərin tariflər, vergilər və təşviqlərlə bağlı iqtisadi siyasətlərinə görə ABŞ-a qayıtmaq istədiklərini bildirib.
 
Gülay
Seçilən
9
azxeber.com

1Mənbələr