AZ

General Mədət Quliyevin oğlu yenə soyundu: İndi də şalvarı “yoxa çıxıb” — FOTOLAR

Keçmiş nazir, hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası katibinin müavini, general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəyli yenə öz ampluasındadır. 14 fevral sevgililər günündə fotokameraların önünə keçən Murad Qulibəyli bu dəfə alt paltarında poz verib. Düşünməmək olmur, bu cavan oğlan soyuna-soyuna hara gedir, yaxud nəyə nail olmaq istəyir?!

 

Murad Qulibəyli Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyevin oğlu olaraq tanınıb, hətta vaxtilə mayor rütbəsində polis orqanlarında da çalışıb, iki il öncə öz ərizəsi ilə DİN sıralarından uzaqlaşıb. Elə həmin vaxtdan etibarən onun soyunmağa başladığı müşahidə edilir. Bir müddət əvvəl qadın paltarında poz verən Murad Qulibəyli bu dəfə bir qədər də irəli gedərək, alt paltarında özünü nümayiş etdirib.

 

Niyə edib, məqsədi nədir, bəlli deyil. Bu incəsənətdirmi, yoxsa art sənədirmi, o da bəlli deyil.

 

Bircə o bəllidir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyevin oğlu “şou göstərir”.

 

Aydındır ki, gənc Murad bu cür qeyri-ənənəvi addımlarla diqqəti üzərinə cəlb etməyə, nəsə qeyri-adi hərəkət etdiyini göstərməyə çalışır. Qulağında sırğa var, əynində şalvarı yox, makiyajlı üz, bir sözlə nəinki Azərbaycan ənənələrindən uzaq, hətta deyərdik ki, “camaat içinə çıxarılması” mümkün olmayan formada fotokamera önünə keçməklə Murad Qulubəylinin həqiqətən nə etmək istədiyi suallar yaradır.

 

O da sual yaradır ki, gənc Murad soyuna-soyuna hara gedir, növbəti dəfə hansı paltarını çıxaracaq, yaxud hansı formada özünü nümayiş etdirəcək?!

 

El dili ilə desək, axı “bu uşaq kimə oxşadı?”. Bir az düşünəndə cavabın göz önündə olduğunu görmək olur. Axı atası Mədət Quliyev də nazir olanda ona tapşırılan nazirliyin fəaliyyətindən daha çox, müğənnilərlə foto çəkdirməyi, velosiped sürməyi, “şpaqat” açmağı, gitara çalmağı kimi hallarla gündəmə gəlirdi. Jurnalistlər Mədət Quliyevlə rastlaşanda bilmirdilər ki, məsul olduğu sahədə görülən işlərdən, yeniliklərdən soruşsunlar, yoxsa “şpaqatı” necə açmaqdan, gitaranı necı ifa etməsindən və bu kimi qeyri-ənənəvi performanslarından.

 

İndi Murad Qulubəylinin soyunması, alt paltarından poz verməsi və bunu paylaşması vaxtilə atasının etdiklərini də yada salır və o qədər də təəccübləndirmir. “Gör-götür dünyasıdır”, deyiblər. Nə görübsə, onu da götürüb. Yenə də öz işləridir, amma Azərbaycanın Milli Təhlükəsizlik Şurası katibinin müavini, Milli Qəhrəman Mədət Quliyevin oğlunun bu görüntüləri nə atasının tutduğu posta, nə Azərbaycanın dəyərlərinə, nə də milli insənətimizə yaraşan hərəkət deyil.

 

Demokrat.az










 

 

Tarix: 19 Fevral 2025, 14:34   
Seçilən
48
14
pravda.az

10Mənbələr