AZ

Azərbaycanın azot gübrəsi ixracından qazancı - İKİ DƏFƏ ARTIB

2025-ci ilin yanvar ayında Azərbaycandan dəyəri 21 milyon 53 min dollar həcmində 73 min 514 ton azot gübrəsi ixrac edilib.

FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, azot gübrəsi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 10 milyon 696 min dollar və ya 2 dəfə, miqdar ifadəsində isə 9 min 381 ton, başqa sözlə, 15,4% artıb.

Xatırladaq ki, 2024-cü ilin yanvar ayında isə Azərbaycandan 10 milyon 357 min dollar dəyərində 63 min 684 ton azot gübrəsi ixrac edilmişdi.

Qeyd edək ötən il  əzində ixrac edilən azot gübrəsinin 1 kiloqramının orta ixrac dəyəri 49 qəpik olub. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 28 qəpik idi. Bu da illik müqayisədə 21 qəpik və ya 76% artım deməkdir.

Bu il ümumi ixracının 0,69%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 8,57%-ü azot gübrəsipayına düşüb.

Seçilən
15
fed.az

1Mənbələr