Bakı, 19 fevral, AZƏRTAC
İngiltərə millisinin və "Aston Villa"nın sabiq futbolçusu Qabriel Aqbonlahor "Çelsi"nin transfer siyasətini tənqid edib.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 38 yaşlı keçmiş hücumçu London təmsilçisinin böyük məbləğdə pul xərclədiyi oyunçularının stabil çıxış etmədiklərini söyləyib.
Onun sözlərinə görə, yüksək qiymətə transfer edilən futbolçular ümidləri doğrultmurlar: “Netu "Brayton"la matçda rəqib futbolçunu saxlamaq üçün heç bir səy göstərmədi. Madueke bir həftə yaxşı, növbəti həftə isə pis çıxış edir. Fernandes yarımmüdafiədə təzyiq altındadır. Açığı, liderlik və keyfiyyət çatışmazlığı var. Klubun bu oyunçular üçün nə qədər pul israf etdiklərini təsəvvür etmək qorxuncdur. Badiaşil üçün 42 milyon avro ödənildi, lakin biz onun oyununu görə bilməmişik. Feliksi 54 milyon avroya alıb, daha sonra icarəyə göndərdilər. Görün, klub rəhbərliyi nə qədər artıq pul xərcləyib”.
Qeyd edək ki, “Çelsi” Premyer Liqada hazırda 43 xalla 6-cı pillədə qərarlaşıb.