ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevə gedib.
Oxu24.com xəbər verir ki, müvafiq video Ukraynanın UNIAN nəşrində özünün Telegram kanalında yayımlanıb.
“ Mənim missiyamın bir hissəsi dinləməkdir. Sonra mən ABŞ-a qayıdacağam və hər şeyi düzgün başa düşməyimizə əmin olmaq üçün prezident Donald Trampla danışacağam”,-deyə o bildirib.
Fevralın 18-də Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Ər-Riyadda amerikalılarla görüşlərdən sonra bildirib ki, Keyt Kelloq Ukraynadakı münaqişənin həlli üçün Kiyev və Avropa ölkələri ilə danışıqlar aparacaq, Vaşinqton isə Rusiya Federasiyası ilə əlaqə saxlamaq üçün ayrıca nümayəndə təyin edəcək.
Bundan əvvəl Kellogq bəyan etmişdi ki, heç kim Ukrayna prezidenti Vladimir Zelenskini Rusiya ilə sülh sazişi imzalamağa məcbur etməyəcək. O vurğulayıb ki, razılaşma ilə bağlı qərarı Zelenski və ukraynalılar özləri verməlidir.
Nigar