AZ

Azərbaycanlı yol qəzasında həyatını itirdi

Gürcüstanın Marneuli bələdiyyəsinin Qızılhacılı kənd sakini 36 yaşlı Zaur Əliyev Tbilisinin "Lilo Mall" yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.

XəzərNews.az Gürcüstan mediasına istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Məlumata görə, onun idarə etdiyi "Chevrolet" markalı avtomobil "Volkswagen" markalı avtomobillə toqquşub. Nəticədə Zaur Əliyev hadisə yerində dünyasını dəyişib, digər avtomobildə olan üç nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başladılıb.

Xəbər 6 dəfə oxunub.
Seçilən
19
xezernews.az

1Mənbələr