AZ

Əməkdar artistin “qırmızı lent” ÜSYANI - VİDEO

“Qırmızı kəmər adəti Azərbaycan və bir sıra türk xalqları arasında dərin köklərə malik olan mühüm bir ənənədir. Bu kəmər, gəlinin belinə bağlanaraq onun namusunu, ismətini və yeni həyata atdığı addımı simvolizə edir. Ənənəyə əsasən, qırmızı kəmər yalnız ilk dəfə ailə quran gəlinlərə bağlanır və bu, onların paklığını və yeni həyata keçidini ifadə edir”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova “Bizimləsən” verilişinin tamaşaçılarının yaxşı tanıdığı Aslan və Aygün cütlüyünün toyu barədə danışarkən bildirib. O, Aygünün ikinci dəfə evlənməsinə baxmayaraq belinə qırmızı kəmər taxmasını kəskin şəkildə qınayıb:

“Adətə uyğun olaraq, ikinci dəfə ailə həyatı quran gəlinlərə qırmızı kəmər bağlanmır Lakin son dövrlərdə bəzi insanlar bu ənənənin mahiyyətini nəzərə almadan, onu istədikləri şəkildə tətbiq edirlər. Məsələn, Aygün ilk dəfə ailə qurmur və belinə qırmızı kəmər bağlaması absurddur. Aygünün bu hərəkəti ilk dəfə ailə həyatı quran qız uşaqlarına qarşı hörmətsizlikdir və qəbul edilməzdir. Bu adətin məqsədi, məhz yeni ailə quran gənc qızlara verilən dəyəri göstərməkdir. Bu, yalnız onun şəxsi seçim məsələsi deyil, eyni zamanda, cəmiyyətin min illərdir qoruyub saxladığı dəyərlərə qarşı sayğısızlıqdır! Qırmızı kəmərin məhz ilk dəfə ailə həyatı quran gənc qızlara bağlanması bu ənənənin ruhunu təşkil edir. Əgər bu prinsip pozularsa, adət-ənənənin mahiyyəti dəyərini itirə və adi bir toy atributuna çevrilə bilər.

Bu cür halların qarşısının alınması üçün cəmiyyətimiz bu məsələyə həssas yanaşmalıdır. Gəlin və onun ailəsi, toy mərasimlərini təşkil edərkən milli dəyərləri və ənənələri nəzərə almalı, onların mahiyyətini ucuzlaşdırmamalıdırlar. Bu, təkcə fərdi məsələ deyil, bütöv bir millətin mədəniyyətinin qorunması və gələcək nəsillərə düzgün ötürülməsi üçün vacibdir. Hər bir adət və ənənənin müəyyən məna daşıdığını unutmamaq lazımdır. Əgər bu dəyərlərə hörmət olunmazsa, onların mənası tədricən itib gedər. Qırmızı kəmər təkcə bir parça deyil, o, bir mədəniyyətin, tarixin və ənənənin rəmzidir. Gəlinlərin, ailələrin və cəmiyyətin bu dəyərləri qoruması, onlara hörmətlə yanaşması vacibdir ki, gələcək nəsillər də onları eyni dəyər və ehtiramla qəbul etsinlər”.

Aytac Şahin 


Telegram kanalımız
Seçilən
15
5
yenisabah.az

6Mənbələr