AZ

Polşa Ukraynaya qoşun yeritmək qərarına gəlib

Varşava öz qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil, çünki onun başqa ölkələrdə öz kontingenti var.

 

Oxu24.com xəbər verir  ki,bunu Polşanın Milli Müdafiə naziri Vladislav Kosiniyak-Kamış RMF FM radiosunun efirində deyib.

 

“Polşa öz qoşunlarını Ukraynaya göndərməyi planlaşdırmır. Bunu açıq deyirəm, çünki bizim başqa vəzifələrimiz var. Müttəfiqlərimizdən də hərbi kontingent göndərəcəyinə dair qəti bəyanat yoxdur və Polşa qətiyyətlə deyir ki, bunu etməyəcək”, - Müdafiə Nazirliyinin rəhbəri qeyd edib.

 

Kosiniak-Kamış Polşa bölmələrinin başqa yerlərdə, xüsusən də Litva və Rumıniyada yerləşdiyini diqqətə çatdırıb.

 

Fevralın 17-də Polşa Milli Təhlükəsizlik Bürosunun (BBN) rəhbəri Dariuş Lukovski bildirib ki, Avropa İttifaqının Ukraynaya göndərilməsi üçün kifayət qədər hərbçi yoxdur. Eyni zamanda, o qeyd edib ki, Varşava hələlik öz ordusunu Avropa sülhməramlı kontingentinə göndərməyi planlaşdırmır, lakin qeyd edib ki, “gələcəkdə bunu istisna etmək olmaz”.

 

Nigar

 

Seçilən
14
oxu24.com

1Mənbələr