AZ

Azərbaycan ötən ay xaricə 11 milyon dollarlıq metanol - İXRAC EDİB

2025-ci ilin yanvar ayında Azərbaycandan dəyəri 11 milyon 128 min dollar həcmində 34 min 968 ton metanol ixrac edilib.

FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, metanol ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3 milyon 825 min dollar və ya 52,4% artıb, miqdar ifadəsində isə 4 min 226 ton, başqa sözlə, 10,8% azalıb.

Xatırladaq ki, 2024-cü ilin yanvar ayında isə Azərbaycandan 7 milyon 302 min dollar dəyərində 39 min 195 ton metanol ixrac edilmişdi.

Qeyd edək ötən il  əzində ixrac edilən metanolun 1 kiloqramının orta ixrac dəyəri 54 qəpik olub. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 32 qəpik idi. Bu da illik müqayisədə 22 qəpik və ya 70,8% artım deməkdir.

Bu il ümumi ixracının 0,37%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 4,53%-i sementin payına düşüb.

Seçilən
8
fed.az

1Mənbələr