AZ

Aİ-nin yeni sanksiyaları Rusiya liman və banklarını hədəfə alır – ÖZƏL

Avropa İttifaqının (Aİ) Moskvaya qarşı yeni sanksiya paketi müəyyən Rusiya limanları və hava limanları ilə əməliyyatların qadağan olunmasını nəzərdə tutur.

Olaylar.az xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, məhdudiyyətlər həmçinin təxminən 10 Rusiya bankını əhatə edəcək və onların SWIFT beynəlxalq ödəniş sisteminə çıxışına qadağa qoyulacaq.

Bundan əlavə, sanksiyalar Rusiyanın neft daşıyan "kölgə donanması"na aid onlarla gəmini də hədəfə alacaq. Agentlik bildirir ki, Aİ-nin xarici işlər nazirləri bu tədbirləri gələn həftə rəsmi olaraq qəbul edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
olaylar.az

1Mənbələr