AZ

İstanbul derbisinin hakimi bilindi

Türkiyə Super Liqasının 23-cü turunda baş tutacaq "Qalatasaray" - "Fənərbağça" oyununu sloveniyalı hakim idarə edəcək.

Fanat.Az xəbər verir ki, məlumatı "Sabah Spor" yayıb.

Mənbə Hakimlər Komitəsinin İstanbul derbisini FIFA referisi Slavko Vinçiçə tapşırmaq qərarına gəldiyini bildirib. İddiaya görə, "Fənərbağça" derbini əcnəbi hakimin idarə etməsində israrlıdır, "Qalatasaray" isə təklifə isti yanaşmır. TFF-nin məşhur sloveniyalı referi Slavko Vinciçlə lazımi yazışmalar apardığı və tərəflərin bu məsələdə razılığa gəldiyi iddia edilib.

Qeyd edək ki, Vinçiç bu gün UEFA Çempionlar Liqasında PSV (Niderland) - "Yuventus" (İtaliya) matçını idarə edəcək. İstanbul derbisi isə 24 fevralda baş tutacaq.

Mirağa

Seçilən
7
fanat.az

1Mənbələr