AZ

Tibb müəssisələrində tibb işçilərinin işə qəbulu “İşə qəbul” alt sistemi vasitəsilə həyata keçirilir - SN

Bakı. Trend:

Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrində tibbişçilərinin işə qəbulu “İşə qəbul” alt sistemi vasitəsilə həyatakeçirilir.

Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqramhesabında canlı yayımda Nazirliyin Rəqəmsal Səhiyyə Mərkəzininmütəxəssisi Sevinc Məhərrəmova açıqlayıb.

Onun sözlərinə görə, bu sistem Nazirlər Kabinetinin 2024-cü il18 iyul tarixli 344 nömrəli Qərarı ilə tənzimlənir və dövlət tibbmüəssisələrində işə qəbul qaydalarını müəyyən edir:

“Alt sistem çərçivəsində vakant vəzifələrin tutulması, müsahibəkomissiyasının tərkibinin formalaşdırılması, müsahibələrinkeçirilməsi, namizədlərin qiymətləndirilməsi və nəticələrinaraşdırılması prosesi mərkəzləşdirilmiş qaydada aparılır. Busistemə tabe olduğu səhiyyə qurumundan asılı olmayaraq, dövlətsəhiyyə sistemində olan bütün tibb müəssisələri daxildir”.

Mütəxəssis qeyd edib ki, alt sistemin yaradılmasının əsasməqsədi dövlət tibb müəssisələrində işə qəbul prosesinin vahid vəşəffaf platforma üzərindən həyata keçirilməsini təmin etməkdir:

“Bu sistem vasitəsilə dövlət tibb müəssisələri tibb işçiləriüçün nəzərdə tutulan vakant vəzifələr üzrə müsahibə elanlarıyerləşdirə bilirlər. Hazırkı mərhələdə alt sistemdən istifadə edəntibb müəssisələri üçün hansısa məhdudiyyət tətbiq olunmur.Beləliklə, Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyətgöstərən dövlət tibb müəssisələri də “İşə qəbul” alt sistemindəvakant vəzifələr üzrə müsahibə elanlarını yerləşdirə bilərlər”.

Seçilən
77
8
az.trend.az

9Mənbələr