Super Liqada fevralın 24-də oynanılacaq "Qalatasaray"- "Fənərbağça" derbisini dünya səviyyəli əcnəbi hakim idarə edəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu bildirib.
"Bu görüşün baş hakimi dünya səviyyəli əcnəbi hakim olacaq. Həftəsonu hakimlər açıqlananda bunu biləcəksiniz" - deyə, Hacıosmanoğlu qeyd edib.