"Arsenal"ın müdafiəçisi Takehiro Tomiyasu zədəli dizindən əməliyyat olunub.
90deqiqe.Az xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat verib.
“Ötən gün əməliyyat olundum. Artıq bərpa işlərinə başlanılıb. Bu, karyeramda çox çətin dövrdür. Mənim imtina etmək fikrim yoxdur. Dəstək sözlərinizə görə hamınıza təşəkkür edirəm".
2024/2025 mövsümündə Takehiro cəmi bir matçda iştirak edib. İngiltərə çempionatının 25 turundan sonra "Arsenal" 53 xal toplayıb və turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Mikel Artetanın yetirmələri lider "Liverpul"dan 7 xal geri qalır.