AZ

"XAI"ın yeni "Grok 3" modeli təqdim edilib

Elon Musk özünün "xAI" şirkəti tərəfindən hazırlanmış daha güclü və inkişaf etdirilmiş süni  modeli "Grok-3"-ü təqdim edib.

Muskın sözlərinə əsasən bu yeni süni zəka modeli kainatın təbiətini daha yaxşı anlamağa kömək edəcək çat-botdur. Tərtibatçılar bildiriblər ki, "Grok 3" "Grok 2"-dən 10 dəfə daha ağıllıdır.

Testlər göstərib ki, "Grok 3" riyaziyyat, proqramlaşdırma və elmi araşdırmalar sahəsində "GPT-4o", "Claude 3.5 Sonnet", "Gemini-2 Pro" və "DeepSeek-V3"-dən üstündür.

Musk və "xAI" komandası "Grok 3"-ün yüksək səviyyəli məntiqi düşünmə qabiliyyətinə malik olduğunu və daim inkişaf etdiriləcəyini bildiriblər.

"Grok 3" süni zəka modelində "DeepSearch" adlı yeni funksiya mövcuddur. Bu funksiya istifadəçinin istənilən axtarış sorğusunu götürərək bütün interneti analiz edir və dəqiq, doğru cavabı birbaşa çatda təqdim edir. 



Seçilən
22
1
trt.net.tr

2Mənbələr