AZ

Rusiya ilə ABŞ arasında inam var” - Lavrov

Rusiya ilə ABŞ arasında təhlükəsizlik və strateji sabitliyə dair danışıqlar üçün şərait yaradıla bilər və münasibətlərin normallaşması istiqamətində hərəkət başlayır.

XəzərNews.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici İşlər naziri Sergey Lavrov Dövlət Dumasında çıxışı zamanı deyib.

"Təhlükəsizlik, strateji sabitlik üzrə danışıqlara gəlincə, ümid edirik ki, bunun üçün şərait yaradılacaq. Hələlik, dünənki danışıqların göstərdiyi kimi, bütün sahələrdə münasibətlərin normallaşması istiqamətində hərəkət başlayır. Ən azı, bu hərəkətə başlamaq üçün hazırlıq var, bəyan edilib. Təkcə Ukrayna böhranını həll etmək üçün deyil, həm də iqtisadi və geopolitik tərəfdaşlıq üçün şərait yaratmaq Rusiya Federasiyası ilə ABŞ arasında inam var”, - Lavrov bildirib.

Qeyd edək ki, fevralın 18-də Rusiya və Amerika nümayəndə heyətləri Ər-Riyadda təxminən 4,5 saat davam edən danışıqlar aparıb.

Xəbər 5 dəfə oxunub.
Seçilən
22
xezernews.az

1Mənbələr