AZ

Roma Papası pnevmoniyaya yoluxub: Oksigen dəstəyi almadan...

Fevralın 14-dən Romada ağır bronxit xəstəliyi səbəbiylə Gemelli xəstəxanasında müalicə alan Papanın sağlamlıq durumu ilə bağlı yeni məlumatlar paylaşılıb.

Turkustan.az xəbər verir ki, ötən gün xəstəxanada ikitərəfli sətəlcəm diaqnozu qoyulan Papa Fransiskin sağlamlıq vəziyyəti ilə bağlı Vatikanda akkreditə olunmuş jurnalistlərlə paylaşılan məlumata görə, Papa gecəni "sakit" keçirib və səhər səhər yeməyini yeyə bilib.

İtaliyanın ANSA agentliyi Vatikan mənbələrinə istinadən xəbər verir ki, Papa yatdığı yerdən qalxa bildiyini, vəziyyətinin stabil olduğunu, əlavə oksigen dəstəyi almadığını, buna görə də təkbaşına nəfəs ala bildiyini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
19
turkustan.az

1Mənbələr