Bakı, 19 fevral, AZƏRTAC
Beynəlxalq humanitar səylərə davamlı öhdəliyinin bir hissəsi olaraq Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Ukraynada uşaq evlərinin yaradılmasına və fəaliyyətinə 4,5 milyon dollar məbləğində yardım edəcək.
AZƏRTAC WAM xəbər agentliyinə istinadla xəbər verir ki, bununla bağlı BƏƏ Yardım Agentliyi və Yelena Zelenskaya Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
BƏƏ sərt qış mövsümündə Ukraynaya 50 təcili yardım maşını, 4500-dən çox elektrik generatoru, 1015 tondan çox tibbi ləvazimat, ərzaq və yardım daşıyan bir neçə təyyarə göndərib. Bundan əlavə, ölkə 7500 notbuk və 10 min məktəb çantası təqdim etməklə təhsil sektorunu dəstək olduğunu bildirib.