Məşhur müğənninin yeni imici sosial mediada trend mövzusuna çevrilib
Məşhur müğənni Sibel Can yeni albomu Drama üçün imicində dəyişiklik edib.
Sherg.az xəbər verir ki, 54 yaşlı sənətçi saçlarını sarıya boyatdırıb. Uzun illərdir tünd tonlara üstünlük verən Canın yeni imici sosial mediada trend mövzusuna çevrilib.

Usta müğənni Sibel Canın karyerasının 24-cü albomu olan Drama, ümumilikdə 12 mahnıdan ibarətdir. Beş illik fasilədən sonra gələn albom 14 fevral 2025-ci ildə musiqisevərlərlə görüşüb.