AZ

İstanbul derbisini əcnəbi hakim idarə edəcək - RƏSMİ

Türkiyə Super Liqasının 24-cü turu çərçivəsində keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" matçının baş hakimi ilə bağlı yekun qərar verilib.

Sportal.az xəbər verir ki, İstanbul derbisini əcnəbi referi idarə edəcək. Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu məlumat verib.

Qurum rəhbəri vacib görüşə Avropanın ən nüfuzlu hakimlərindən birinin təyinat alacağını bildirib.

Qeyd edək ki, 24 fevral tarixində "Ali Sami Yeni İdman Kompleksi Rams Park"da baş tutacaq "Qalatasaray" - "Fənərbaxça" qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

saytlarin hazirlanmasi

Seçilən
25
sportal.az

1Mənbələr