AZ

Belarus Milli Assambleyası Respublika Şurasının sədri İçərişəhərlə tanış olub

Ölkəmizdə rəsmi səfərdə olan Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova İçərişəhərlə tanış olub.

Ölkəmizdə rəsmi səfərə gələn Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova İçərişəhərlə tanış olub.

Operativ Media  xəbər verir ki, qonağa UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib.

Daha sonra qonaq orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksi ilə tanış olub.

Sonra Natalya Koçanova Bakıda fəaliyyət göstərən "Belaruski" ticarət mərkəzinə də baş çəkib. O, burada mərkəzin fəaliyyəti ilə tanış olub.

Seçilən
17
operativmedia.az

1Mənbələr