AZ

Qarabağ və Şərqi Zəngəzurda ötən il 9 yeni iri sahibkarlıq subyekti yaradılıb

2024-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 9 yeni iri sahibkarlıq subyekti yaradılıb.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Xatırladaq ki, 2023-cü ildə həmin ərazilərdə yeni iri sahibkarlıq subyekti yaradılmayıb.

Ötən ilin sonuna ölkə üzrə fəaliyyət göstərən 212 705 kommersiya təşkilatlarının 0,4 %-i və yaxud 868-si iri sahibkarlıq subyeki olub.

Bu, əvvəlki ilin sonuna nisbətən 89 vahid və yaxud 11,4 % çoxdur.

Hesabat tarixinə iri sahibkarlıq subyektlərinin 76,5 %-i və yaxud 664-ü Bakıda fəaliyyət göstərib. Bu, illik müqayisədə 7,8 % çoxdur. Bundan başqa, Qarabağ iqtisadi rayonunda 11 (83,3 % çox), Şərqi Zəngəzur iqtisadi rayonunda isə 5 (5 dəfə çox) iri sahibkarlıq subyekti olub.

Seçilən
22
2
report.az

3Mənbələr