AZ

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova İçərişəhərlə tanış olub (FOTO)

Bakı. Trend:

Ölkəmizdə rəsmi səfərdə olan Belarus Milli AssambleyasıRespublika Şurasının sədri Natalya Koçanova İçərişəhərlə tanışolub.

Trend xəbərverir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, burada qonağa UNESCO-nun Dünya İrsi Siyahısınadaxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, həmçininburada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflıməlumat verilib.

Daha sonra qonaq orta əsr Şərq memarlığının şah əsəri, dünyaəhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar SarayıKompleksi ilə tanış olub.

Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixiabidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündürnöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakıyüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öztarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

Gəzinti zamanı Natalya Koçanova “Brilyant əl” bədii filmininməşhur epizodlarından birinin çəkildiyi küçə ilə də tanış olub.

İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin "Dastan" brendi qonaqdaböyük maraq doğurub.

Sonra Natalya Koçanova Bakıda fəaliyyət göstərən "Belaruski"ticarət mərkəzinə də baş çəkib. O, burada mərkəzin fəaliyyəti ilətanış olub, mərkəz əməkdaşları ilə söhbət edib.

Belarus
Belarus
Belarus
Belarus
Məqalədə:
Seçilən
56
1
az.trend.az

2Mənbələr