AZ

Bu rayonlarda əməkhaqqı Bakıdan 2 dəfə azdır – Tam siyahı


Ötən il Azərbaycanda muzdlu işçilərin (əmək müqaviləsi ilə işləyənlər) orta aylıq nominal əməkhaqqı 1 009,2 manat olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, paytaxt Bakıda orta aylıq nominal əməkhaqqı 1 269,2 manat təşkil edib.
Məlumat üçün bildirək ki, Azərbaycanın şəhər və rayonları arasında ən yüksək orta aylıq əməkhaqqı Xankəndi şəhərində verilib. Bu şəhərdə orta aylıq əməkhaqqı 1 627,2 manat olub.
Bakı və Xankəndidən sonra ölkədə 1 000 manatdan yüksək orta aylıq əməkhaqqının olduğu cəmi bir rayon olub. Ötən il yalnız Daşkəsən rayonunda 1 000 manatdan yüksək – 1 146,3 manat əməkhaqqı verilib.
Digər şəhər və rayonlarda orta aylıq əməkhaqqı 1 000 manatdan aşağı olub. Ən aşağı əməkhaqqı isə Qax rayonunda qeydə alınıb. Bu rayonda orta aylıq əməkhaqqı 539,1 manat təşkil edib.
Onu da qeyd edək ki, Azərbaycanın şəhər və rayonlarında orta aylıq əməkhaqqı paytaxt Bakı ilə müqayisədə 2 dəfə az, yəni 635 manatdan aşağı olub:
Xızı rayonu – 581,6 manat;
İsmayıllı rayonu – 606,1 manat;
Naftalan şəhəri – 621,9 manat;
Ağcabədi rayonu – 603,3 manat;
Bərdə rayonu – 633,2 manat;
Füzuli rayonu – 617,1 manat;
Tərtər rayonu – 614,5 manat;
Ağstafa rayonu – 591,4 manat;
Tovuz rayonu – 632 manat;
Lerik rayonu – 618,4 manat;
Masallı rayonu – 602,8 manat;
Yardımlı rayonu – 610 manat;
Ağdaş rayonu – 584,6 manat;
Göyçay rayonu – 606,8 manat;
Kürdəmir rayonu – 613 manat;
Yevlax rayonu – 627,2 manat;
Zərdab rayonu – 616 manat;
Beyləqan rayonu – 617,3 manat;
Sabirabad rayonu – 618,7 manat;
Balakən rayonu – 572 manat;
Qax rayonu – 539,1 manat;
Oğuz rayonu – 615,6 manat;
Zaqatala rayonu – 613,8 manat.


Elnur Əli
Seçilən
8
2
yeniavaz.com

3Mənbələr