AZ

Dünya bazarında buğda bahalaşıb –QİYMƏTLƏR

 2025-ci ilin yanvar ayında dünya bazarında buğdanın qiyməti əvvəlki aya nisbətən 1.2% artaraq bir tonu 231 dollar olub.

AzPost bildirir ki, bu barədə Kənd Təsərüfatı Nazirliyinin Aqrar Tədqaqatlar Mərkəzinin bülletenində bildirilir.

İcmal ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin 11 Fevral 2025-ci il tarixli hesabatı əsasında hazırlanıb.

Yanvar ayında Rusiya buğdasının ixrac qiyməti əvvəlki aya nisbətən 0.7% artaraq bir tonu 239 dollar təşkil edib.

Dünya buğda ticarətinin 2024/2025-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 5.7% azalaraq 209 milyon ton olacağı proqnozlaşdırılır.

Qlobal buğda ehtiyatları həcminin 2023/2024-cü məhsul ili ilə də müqayisədə 2024/2025-ci məhsul ilində 3.4% azalacağı və 258 milyon tona enəcəyi gözlənilir. Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 32% səviyyəsində olacaq.

Seçilən
37
azpost.info

1Mənbələr