"Real Madrid"in yarımmüdafiəçisi Cud Bellingemin cəzası açıqlanıb.
Fanat.Az xəbər verir ki, La Liqanın XXIV turda "Osasuna" ilə matçda nalayiq qeyri-etik ifadə işlədən 21 yaşlı futbolçu 2 oyunluq diskvalifikasiya edilib.
Bellingem fevralın 15-də keçirilən matçın 39-cu dəqiqəsində hakimi təhqir etdiyinə görə meydandan qovulub. Qarşılaşmadan sonra isə futbolçu nalayiq sözlərdən istifadə etdiyini, lakin bunu hakimə ünvanlanmadığını bildirib.
Qeyd edək ki, sözügedən matç 1:1 hesabı ilə başa çatıb.