AZ

Beyləqanda dərmandan zəhərlənərək ölən uşaqla bağlı TƏBİB-dən AÇIQLAMA

18.02.2025-ci il tarixində saat 22:00 radələrində Beyləqan rayonunda dərman zəhərlənməsi şübhəsilə 1 nəfər azyaşlı uşaq (qadın cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, 2020-ci il təvəllüdlü azyaşlıya dərman zəhərlənməsi diaqnozu təyin edilib və reanimasiya tədbirlər görülüb.

"Təəssüf ki, həkimlərin çoxsaylı səylərinə baxmayaraq 19.02.2025-ci il saat 01:15-də azyşalının ölüm faktı qeydə alınıb",- deyə məlumatda qeyd edilib.

Milli.Az

Seçilən
33
1
milli.az

2Mənbələr